“Bakıda I Avropa Oyunlarının açılış mərasimi yüksək səviyyədə keçdi” İsrail səfiri

“Bakıda I Avropa Oyunlarının açılış mərasimi yüksək səviyyədə keçdi”  İsrail səfiri

Bakıda I Avropa Oyunlarının açılış mərasimi yüksək səviyyədə keçdi. Bu barədə Trend-ə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib.

Diplomat bildirib ki, I Avropa Oyunlarının açılış mərasimində nümayiş olunan möhtəşəm şou onu heyrətləndirib: “Bakıda I Avropa Oyunları çox mühüm idman tədbiridir. İsrail oyunlarda böyük idman heyəti ilə təmsil olunur. Ölkənin iki böyük telekanalı bu yarışları canlı yayımlayır. Azərbaycana gələcək uğurlar arzulayırıq”.

Aktual.az

Xəbər 570 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR