Bakıda yerləşən hüquq məsləhətxanalarından birində bədbəxt hadisə baş verib.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Bayıl qəsəbəsi Neftçi Qurban küçəsi 74 ünvanında yerləşən məsləhətxanada 1962-ci il təvəllüdlü Məmmədov Bəxtiyar Heydər oğlunu elektrik cərəyanı vurub. 54 yaşlı kişi hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.