Bakıda holdinq rəhbəri tutuldu

Bakıda holdinq rəhbəri tutuldu

Külli miqdarda vəsait mənimsəyib

Bakıda dələduzluq etdiyinə görə axtarışa verilmiş şəxs tutulub.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1949-cu il təvəllüdlü Müstəcəb Səfərov tutulub.

Qeyd edək ki, bu ilin fevralında Baş Prokurorluq Müstəcəb Səfərovun qanunsuz hərəkətləri ilə bağlı məlumat yayıb. Məlumatda qeyd edilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində M.Səfərov barəsində cinayət işi açılıb. İstintaq zamanı Müstəcəb Səfərovun “İqtisadi Əlaqələr” Holdinqinin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən sui-istifadə edərək Bakı şəhərində inşa edilmiş çoxmərtəbəli binada birotaqlı mənzili adı açıqlanmayan Bakı sakininin adına rəsmiləşdirəcəyini yalandan vəd etdiyi üzə çıxıb.

M.Səfərov bundan başqa, Quba rayonunda su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı tenderi “REK Holdinq”ə satacağını, habelə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək Zaqatala rayonunda zəlzələdən qəzalı vəziyyətə düşmüş evlərin təmiri işini “Hüseyn-T” şirkətinə həvalə etdirəcəyini yalandan vəd edərək ümumilikdə 61 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirib.

Bu faktlara görə ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq dövründə vurulmuş ziyanın bir hissəsinin ödətdirilməsi təmin edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər 665 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR