Bakıda həbs olunan avtoritet azadlığa buraxıldı

Bakıda həbs olunan avtoritet azadlığa buraxıldı

Bu il aprelin 25-də Sabunçu rayonunda vağzal ərazisində fəaliyyət göstərən kafelərdən birində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı kriminal aləmə yaxınlığı ilə bilinən şəxslər həbs edilmişdilər

 


Əməliyyatlar eyni zamanda Bakının bir neçə rayonunda da baş tutub. Əməliyyatlar zamanı kriminal aləmlə yaxın əlaqələri olan 30-dan çox şəxs həbs edilib.

Əməliyyatların davamı olaraq aprel ayının 27-də Sabunçu rayonunda daha 3 nəfər həbs edilib. Həbs olunanlardan biri Sultan İsayev idi. 

Aktual.az  criminal.az-a istinadən xəbər verir ki, S.İsayev bir neçə gün əvvəl azadlığıa buraxılıb.

S.İsayev bir müddət əvvəl Bakıda məşhur gecə klublarından birində dava zamanı O.İsayevlə birlikdə tutulmuşdu.

Sözügedən əməliyyat zamanı həbs olunan `Dana Vüqar` ləqəbi ilə tanınan Vüqar Ağayev, `Lotu Qulu`nun adamı, `Pepi` ləqəbi ilə tanınan Pərviz və `Qusik` kimi məşhur olan Hüseynin məhkəməsi isə hazırda davam etdirilir.

Xatırladaq ki, əməliyyatların başlama səbəbi kimi Səbail rayonu Badamdar qəsəbəsində "Bulaq" restoranında baş verən silahlı qarşıdurma göstərilir. Restoranda baş verən silahlı insidentə görə 3 nəfər həbs edilib. Həmin şəxslərin Rövşən Lənkəranski ilə "Lotu Quli"nin adamları olduğu bildirilir. Məlumata görə, silahlı insidentə səbəb tərəflər arasında "hesablaşma" olub. Hadisənin araşdırılmasından sonra hüquq-mühafizə orqanları hər iki tərəfin tərəfdarlarına qarşı genişmiqyaslı əməliyyatlara başlayıb. Sabunçu vağzalında kafedə baş tutan əməliyyat zamanı həbs edilənlər "Lotu Quli"nin adamları olub.

Onlara liderlik edən isə Namiq İbayev olub. Əməliyyat baş tutmazdan bir neçə saat əvvəl Namiq İbayevin qardaşı Rəsul İbayev həbs edilibmiş. Rəsul İbayevin həbsindən sonra qardaşı Namiq İbayev və onun ətrafında olan şəxslər kafeyə toplaşaraq məlum hadisə ilə bağlı danışırmışlar. Bu zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları kafedə əməliyyat keçiriblər. Namiq İbayev və 10-a yaxın şəxs həbs edilib, bir neçə nəfər hadisə yerindən qaçıb. N.İbayevin "Mercedes" markalı avtomobilindən "Makarov" tapançası və narkotik maddə olan heroin götürüldüyü bildirilir. Həmçinin əməliyyat zamanı N.İbayevin atası da həbs edilib.

N.İbayev həbsdə olan kriminal aləmin nüfuzlu şəxslərinə iş adamlarından və başqa şəxslərdən xərac toplayaraq onlara çatdırırmış. N.İbayevin digər qardaşı isə hüquq-mühafizə orqanlarından qaçaraq gizlənib. Hazırda onun axtarışı davam edir. N.İbayevin "Batya" ləqəbi ilə tanınan bu qardaşı da kriminal aləmlə yaxın münasibətlərdə olub və bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Sabunçu rayonunda həbs edilənlərdən biri də Raqib adlı şəxs olub. Rövşən Lənkəranskinin Bakıdakı adamı kimi tanınan Şirxan adlı şəxs də Sabunçu rayonunda həbs edilənlər arasındadır. 
 
Aktual.az 
Xəbər 3346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR