Bakıda hansı ixtisaslar üzrə həkimlər azdır?

Bakıda hansı ixtisaslar üzrə həkimlər azdır?

Bakı şəhəri üzrə cəmi 48 narkoloq həkim var.

Aktual.az  Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, paytaxt üzrə həkimlərin ixtisaslar üzrə bölgüsü siyahısında idman mülaicə həkimlərinin sayı 97 nəfərdir.

Bakı şəhəri üzrə terapevtlər sayına görə (4577) 1-ci yerdədir. Cərrahların sayı 2358-dir.
Bakıda 1128 ginekoloq, 2024 pediatr, 600 oftomoloq, 319 otolarinqoloq, 640 nevropatoloq, 209 psixiator-nevroloq, 155 ftiziatr, 816 rentgenoloq və radioloq, 1443 stomatoloq və diş həkimi, 728 sanitar-epidemioloq var.
Qeyd edək ki, Bakıda ümumillikdə 19 986 həkim fəaliyyət göstərir.

Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR