Mayın 25-də “Natəvan” qalereyasında gürcüstanlı rəssamlar Avtandil Qurqenidze və Qriqoriy Apsiaurinin sərgisi açılacaq.
Qalereyadan AZƏRTAC-a bildiriblər ki, sərgidə rəssamların 1996-2015-ci illərdə çəkdikləri şəkillər nümayiş etdiriləcək. Gürcüstan və Avropada bir çox sərgilər keçirmiş bu rəssamlar ilk dəfə olaraq Bakı sakinlərinə “Dialoq” adı altında ümumi layihə təqdim edəcəklər.
Avtandil Qurqenidze və Qriqoriy Apsiauri birlikdə beynəlxalq “Meteo” layihəsini həyata keçiriblər. Bu layihə çərçivəsində Kazbek dağının zirvəsində meteostansiyaların şəkli çəkilib. Layihə haqqında videomaterial “Natəvan” qalereyasında keçirilən “Dialoq” sərgisində göstəriləcək.
Sərgi mayın 30-dək davam edəcək.
Aktual.az