Bakıda gizli ev tutub yaşayan cütlüyü ayırdılar - Qız özünü bıçaqladı

Bakıda gizli ev tutub yaşayan cütlüyü ayırdılar   - Qız özünü bıçaqladı

Bu günlərdə Bakıda 19 yaşlı qız intihara cəhd edib. 

Bakıxanov qəsəbəsində 1997-ci il təvəllüdlü Mirzabitə Qulamova (ad şərtidir) qarın nahiyəsindən aldığı dörd bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub. Xəstəxanaya qəbul olunarkən ağır vəziyyətdə olan 19 yaşlı qızın həyatı xilas edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, M.Qulamova bir müddət əvvəl sevdiyi oğlanla birgə yaşamağa başlayıb. Lakin oğlanın ailəsi onların izdivacına razı olmayıb. Buna görə də cütlük gizlicə ev tutublar. Bir neçə gün oğlunu axtaran ailə onun yerini tapıb. Evə ilk olaraq oğlanın dayısı gəlib və onun düzgün qərar vermədiyini, valideynlərinin yanına qayıtmalı olduğunu deyib. Dayısının sevgilisini özü ilə apardığını görən 19 yaşlı qız isə əsəblərinə hakim ola bilməyib. O, bıçaqla özünə zərbələr endirərək həyatına son qoymağa çalışıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. //lent.az

Xəbər 2118 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR