Bakıda gənc qız özünü avtomobilin altına atıb

Bakıda gənc qız özünü avtomobilin altına atıb

Bakı şəhərində 24 yaşlı qız intihara cəhd edib. 

Aktual.az-ın Report-a istinadən məlumatına görə, hadisə Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, ev 83 ünvanında qeydə alınıb. 

Belə ki, Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Aytəkin Fərhadova özü öldürmək məqsədilə Mətləb Eminbəylinin idarə etdiyi "Daewo” markalı avtomobilin altına atıb. Nəticədə avtomobilin güzgüsünə dəyərək kəllə-beyin travması alan yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 
Xəbər 592 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR