Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.
Aktual.az report-a istinadən bildirir ki, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü S. V. özünü öldürmək məqsədi ilə çoxsaylı dərman qəbul edib.
O, zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.