Bakıda gənc oğlan ailə münaqişəsi zəminində özünü bıçaqlayıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonumda baş verib.
Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan 1987-ci il təvəllüdlü Savalanov Pərviz Arzuman oğlu ailə münaqişəsi zəminində baş və qarın nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub. Yaxınları onu 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.
Həkimlər P. Savalanovun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Aktual.az
Xəbər 370 dəfə oxunub.