Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi baş verib.
"Report"un xəbərinə görə, 1992-ci il təvəllüdlü Vəliyev Niyaz Araz oğlu Lökbatan qəsəbəsindəki evində qarın nahiyəsinə bıçaqla xəsarət yetirib
O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis bölməsində araşdırma aparılır.
Xəbər 283 dəfə oxunub.