Yasamal rayonunda 24 yaşlı oğlan intihara cəhd edib.
"Report”un xəbərinə görə, hadisə metronun "Nizami” stansiyasının yaxınlığında baş verib .
1994-cü il təvəllüdlü Məhərrəmov Lətif Zülfü oğlu hələlik məlum olmayan səbəblərdən inthar etmək istəyib. O, küçədə qarın boşluğuna 14 bıçaq zərbəsi vuraraq özünü öldürməyə çalışıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.