Bakıda gənc oğlan şadlıq evinin qarşısında bıçaqlanıb.
Aktual.az "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda baş verib.
1991-ci il təvəllüdlü İsmayılzadə Elvin Məmmədcan oğlu "Yeganə" şadlıq evinin qarşısında tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı ona 4 bıçaq zərbəsi vurulub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Xəbər 423 dəfə oxunub.