Bakının Nəsimi rayonu ərazisində, metropolitenin 20 yanvar stansiyası yaxınlığında bıçaqlanma hadisəsi baş verib.
Aktual.az report.az-a istinadən bildirir ki, 24 yaşlı Bağırlı Amal Məhərrəm oğlu tanımadığı iki nəfərlə mübahisə edib. Nəticədə o, döyülüb və naməlum iki şəxsdən biri tərəfindən iki bıçaq zərbəsi alıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
Xəbər 536 dəfə oxunub.