Gəlin yaşlı qayınanasını döyərək amansızlıqla qətlə yetirib.
Aktual.az ölkə.az-a istinadən xəbər verir ki, ağır cinayət ötən gün paytaxtın Xətai rayonu, Lütfüzadə küçəsi 3, mənzil 91 ünvanında baş verib.
70 yaşlı Valentina Qreçnevanın oğlu işdən evə qayıdarkən anasının qan içində olduğunu görüb və dərhal qonşuları köməyə çağırıb.
Qonşular gəldikdə qadının öldüyü məlub olub və onlar ərazi üzrə 34-cü polis bölməsinə xəbər veriblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadının başında bir neçə xəsarət aşkar ediblər. Ailənin gəlini Mədinə Şıxabdulovanın evdə olmaması polisdə onun öldürüb qaçması şübhəsini yardıb.
Əməliyyatçılar çox çəkməyib ki, şübhəli şəxs qismində evin gəlinini saxlayıblar.
Hadisə yerinə gətirilən Mədinə Şıxabdulova cinayəti törətdiyini etiraf edib. O, hadisə baş verməzdən əvvəl qayınanası ilə mübahisə etdiyini deyib.
Faktla bağlı Mədinə Şıxabdulova barəsində Xətai Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Xəbər 435 dəfə oxunub.