SOCAR Azərbaycan Qran-Prisinin ikinci günündə "Formula 2" üzrə birinci yarış başlayıb.
Aktual.az "Report"a istinadən xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 32 dövrə vuracaqlar.
Sıralama turunda "Karlin” komandasının pilotu Nobuharu Matsuşita Bakıda qalib gəlib.
Xatırladaq ki, ötən gün keçirilən "Formula 2" üzrə birinci sərbəst yürüşdə "UNI Virtuosi” komandasının pilotu Luka Qiotto bütün rəqiblərini üstələyərək birinci olub. "Karlin” komandasından Nobuharu Matsuşita sərbəst yürüşü ikinci, "MP Motorsport”un sürücüsü Yordan Kinq isə üçüncü yerdə başa vurublar.
Xəbər 414 dəfə oxunub.