Bakıda FIA Formula 2 sinfindəki avtoyürüşlərin təsnifat mərhələsi başlayıb.
Milli.Az xəbər verir ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində keçirilən yürüşlərdə 10 komandanı təmsil edən 20 pilot iştirak edir.
Bunlar "RUSSIAN TİME"dan rusiyalı Artyom Markelov və yaponiyalı Tadaske Makino, "PERTAMINA PREMA Theodore Racing"dan indoneziyalı Şon Gelael və niderlandlı Nik Vries, "DAMS" tailandlı Aleksandr Albon və kanadalı Nikolas Latifi, "ART Grand Prix"dən böyük britaniyalılar Cek Aitken və Corc Rassel, "MP Motorsport"dan ispaniyalı Roberto Merhi və isveçrəli Ralf Boşunq, "BWT Arden"dən almaniyalı Maksimilian Günter və yaponiyalı Nirei Fukuzumi, "Campos Vexatec Racing"dən italiyalı Luka Giotto və israilli Roy Nisani, "Trident"dən hindistanlı Arcun Maini ə amerikalı Santino Ferucci, "Carlin"dən braziliyalı Serxio Sette Kamara və böyük britaniyalı Lando Noris, "Charouz Racing System"dən isveçrəli Lui Deletras və italiyalı Antonio Fuokoddur.Qeyd edək ki, nahardan öncə keçirilən sərbəst yürüş zamanı ən yaxşı sürət göstəricisi "Carlin" komandasının braziliyalı pilotu Serxio Sette Kamarada olub. Onun nəticəsi 1:57.136 dəqiqə təşkil edib. İkinci nəticəni "Campos Vexatec Racing"in italiyalı pilotu Luka Giotto (1:57.208), üçüncü nəticəni isə "MP Motorsport"un isveçrəli pilotu Ralf Boşunq (1:57.629) göstərib.
Xatırladaq ki, sərbəst yürüş zamanı "BWT Arden"dən almaniyalı Maksimilian Günterin bolidi qəfildən tüstülənmişdi və az qala yanacaqdı. Lakin marşalların vaxtında müdaxiləsindən sonra yanğının qarşısını almaq mümkün olub. Buna baxmayaraq, M.Günter artıq əsnifat yarışından iştirak edir.
Xəbər 575 dəfə oxunub.