Bakıda "Formula 1" ilə bağlı tikinti işləri başa çatır

Bakıda

"Bakıda "Formula 1" Avropa Qran Prisinin keçirilməsi ilə bağlı tikinti işləri artıq tamamlanmaq üzrədir".

Aktual.az  Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında yarış obyektinin tikintisi işlərinə məsul olan Tom Buçer deyib.

Onun sözlərinə görə, yarışda iştirak edəcək heyətlər artıq formalaşıb.

T.Buçer qeyd edib ki, bu gün axşam saatlarından etibarən səkiqırağı tikinti işlərini başa çatdırmaq üçün trekin ərazisinə düşən yollar bağlanacaq, çünki 83 yerdə təhlükəsizlik baryerlərinin quraşdırılması tamamlanmalıdır.

T.Buçer bildirib ki, sabahdan etibarən yarışda iştirak edəcək avtomobillər "pitstop"a gətiriləcək: Bəzi heyətlər artıq Bakıya gəlib, digərləri isə sabah gələcək və bununla da hazırlıq işləri tamamlanacaq".

O vurğulayıb ki, hazırlıq işləri nəzərdə tutulan qrafikə uyğun aparılır: "Bakıya gələn heyətlər də görülən işlərdən razıdırlar. Onlar deyirlər ki, yarış üçün gözlədiklərindən də yüksək səviyyəli şərait yaradılıb".

Hər kəsi bu yarışa dəstək verməyə çağıran T.Buçer qeyd edib ki, artıq Bakı dünyaya nəyə qadir olduğunu göstərməyə hazırdır: "Yarışı tribunalardan 30 minə qədər insan izləyəcək. Tamaşaçılardan 15 minə qədəri yarışı oturacaqları olan tribunalardan, 15 minə qədəri isə ayaqüstü tribunalardan izləyəcək".

Xəbər 630 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR