Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq rəyi olmadan istismara verilən binaların sayında ciddi azalma müşahidə olunur.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.
Baş nazirin müavini deyib ki, təkcə Bakı şəhərində 6-7 ay bundan öncə bu cür binaların sayı 300-ə yaxın olub: "Bu məsələ Nazirlər Kabinetində aidiyyatı qurumların nümayəndələri ilə keçirilən görüşdə müzakirə olundu və görülən tədbirlər nəticəsində hazırda bu cür binaların 100-ə enib. Bu istiqamətdə ciddi işlər aparılır. Bu sahədə problemlər var. Məsələn, bəzi binalar yarımçıq tikilib, bəzilərinin lifti yoxdur, digərlərində başqa çatışmazlıqlar var".
Xəbər 256 dəfə oxunub.