Bakıda fəhlə intihar etdi

Bakıda fəhlə intihar etdi

Səbail rayonunda gənc oğlan intihar edib.

"Report"un xəbərinə görə, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Cabbarov Elxan Qasıməli oğlu yarımtikili binada özünü asıb. Məlum olub ki, o, həmin tikilidə fəhlə kimi çalışıb.
Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR