Bakıda faciəvi şəkildə ölən Susananın anasından şok iddia – FOTO + VİDEO

Bakıda faciəvi şəkildə ölən Susananın anasından şok iddia – FOTO + VİDEO

May ayında Bakı şəhərinin Nəsimi rayonunda yaşadığı binadan özünü ataraq intihar edən Susana Şərifovanın anası hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edib.

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, Lənkəran rayon sakini olan Şərifova Olqa Alekseyevna iddia edib ki, qızı intihar etməyib, öldürülüb. O, nəvələri Nərgizin və Nəzrinin onun himayəsinə verilməsini də xahiş edib: "Mən Şərifova Olqa Alekseyevna. Mənim qızımı - Şərifova Susana Şakir qızını öldürüblər. Onun qatilləri Baxşıyev Əbülfəz Yusif oğlu və Baxşıyeva Simuzər Abdulla qızıdır. Onlar qızımı azyaşlı qızı Nərgizin gözü önündə dəfələrlə vəhşicəsinə döyüblər, təhqir ediblər, şərəf və ləyaqətini alçaldıblar.

Əbülfəz Nərgizi aparıb küçələrdə diləndirirdi, narkotik almaq üçün uşağı guya xəstə kimi qələmə verirdi, Susana bunlardan narazı qaldığı üçün döyülürdü. Simuzərin göstərişi ilə Əbülfəz azyaşlı Nərgizin gözü önündə Susananın saçını qayçıyla qırxıb. Onu və uşaqları evdə dustaq ediblər. Qızım hüquqlarını müdafiə etmək üçün onlara deyib ki, sizdən  hüquq-mühafizə orqanlarına şikayət edəcəm. Amma Simuzər onu qorxudub ki, "Sizin üçün bura Avropa və ya Rusiya deyil, bura Azərbaycandır, mən məşhur şairəyəm, məni hamı tanıyır. Qızlarım İsveçrədə yaşayır, onların bir zəngi bəsdir”.

Olqa Şərifova bildirib ki, qızı üzləşdiyi əməllərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: "Qızım özünün və uşaqlarının hüquqlarının müdafiəsi üçün bir il ərzində hüquq-mühafizə orqanlarına döyülmələri barədə, tibbi rəylərlə birgə müraciət edib. Uşaqların onlardan alınması üçün məhkəməyə iddia ərizəsi verib. Amma Simuzərin dedikləri düz çıxıb, qızımın müdafiəsi üçün heç bir köməklik göstərilməyib. 15 may tarixində isə Simuzər və Əbülfəz Susananı yenə vəhşicəsinə döyərək, saçlarını zorla kəsib. Daha sonra onlar qızımı Bakı şəhəri, Nəsimi rayonu Mərdanov Qardaşları, ev 20, mənzil 20 ünvanının eyvanından itələyərək öldürüblər. Mənim, ailə üzvlərimin və nəvələrimin insan hüquqları pozulur. Əbülfəzi sanksiya ilə 3 aylıq həbs ediblər, amma Simuzəri cinayət məsuliyyətinə cəlb etməyiblər. Həmin qadın qızımın uşaqlarını bizdən gizlədir. Uşaqların onlarla qalması çox təhlükəlidir. O, uşaqlara hədə-qorxu gəlir, onların psixologiyasını pozur. Xahiş edirəm, uşaqları bu insanların ümidinə buraxmayın”.

Şikayətçi əlavə edib ki, əlində qızının ölüm anını əks etdirən video-görüntü var: "Biz o videonu Nəsimi rayon Prokurorluğuna yollasaq da, bununla əlaqədar heç bir tədbir görülməyib”.
Hüquq-mühafizə orqanlarından bildirilir ki, görüntülərdə Susana Şərifovanın qayınanası Simuzər Baxşıyevanın eyvandan düşmək üzrə olan gəlininin yanında olduğu, lakin onu itələmədiyi əks olunur. S.Baxşıyeva isə ifadəsində deyib ki, həmin vaxt özünü eyvandan atan Susanaya kömək etməyə çalışıb, lakin bunu bacarmayıb.

Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. S.Şərifovanın həyat yoldaşı Əbülfəz Baxşıyev şübhəli şəxs qismində tutulub və barəsində istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Xəbər 728 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR