Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.az lent.az-a istinadən xəbər verir ki, avqustun 6-da saat 16:30 radələrində Yasamal rayonu Hüseyn Cavid prospekti 35 ünvanının qarşısında 1984-cü il təvəllüdlü Hüseynov Ruslan Elşad oğlu idarə etdiyi “Daewoo” markalı minik avtomobili ilə 1947-ci il təvəllüdlü Seyidrzayeva Seyidnisə Mirtağı qızını vurub. 68 yaşlı qadın ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, qəzada dünyasını dəyişən S.Seyidrzayeva tanınmış alimdir. AMEA-nın Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışan S.Seyidrzayeva fizika-riyaziyyat elmləri doktoru imiş və bir çox elmi məqalələrin, araşdırmaların müəllifi olub.