Bakıda intihar hadisəsi baş verib.
Aktual.az lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Zığ şosesi 44, mənzil 24-də yaşayan 1948-ci il təvəllüdlü Andreyev Viktor Stepanoviç özünü kəmərlə qapının çərçivəsindən asıb.
İlkin araşdırmalar zamanı mənzildən onun məktubu tapılıb. V.Andreyev xəstəliyina görə həyatına son qoyduğunu, yaşamaq istəmədiyini qeyd edib.
Araşdırma aparılır.
Aktual.az
Xəbər 499 dəfə oxunub.