Bakıda faciə: Gənc qız liftin şaxtasına yıxıldı

Bakıda faciə: Gənc qız liftin şaxtasına yıxıldı

Qız Tibb Texnikumunun tələbəsi olub.

Bakıda dəhşətli hadisə baş verib.

Aktual.az Lent.az-a istinadən  xəbər verir ki, 1998-ci il təvəllüdlü Əhmədova Esmira İlqar qızı Səhiyyə Nazirliyinin Yasamal rayonu Zərdabi küçəsində yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılıb.

17 yaşlı qız liftin 1-ci mərtəbəsində dayanmış vəziyyətdə olan liftin damına düşüb.

O, təcili olaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin müayinə nəticəsində E.Əhmədovanın çoxsaylı sınıq xəsarətləri aldığı və vəziyyətinin çox ağır olduğu məlum olub.

9-cu mərtəbədən yıxılan 17 yaşlı E.Əhmədova 1 saylı Tibb Texnikumunun tələbəsi olub.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR