Bakıda bədbəxt hadisə baş verib.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Qala qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Anar Hasillinin 20 gün öncə dünyaya gələn oğlu yanıb. Üzərinə qaynar su tökülərək bədəninin çox hissəsi yanan Ramal 3 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.
İlkin olaraq vəziyyəti orta-ağır kimi qiymətləndirilib.