Bakıda ötən gecə güclü yanğın baş verib.
Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, hadisə Səbail rayonu, Mikayıl Hüseynov küçəsi 2 ünvanında qeydə alınıb. Dənizkənarı Milli Parkın ərazisində, Bakı İdman Sarayının arxasında yerləşən "Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin zirzəmisində elektrik naqillərinin qısa qapanması nəticəsində yanğın olub.
Nəticədə 80 kv.metr ərazidə taxta və digər tullantı materiallları yanıb, orada mühafizəçi işləyən 1993-cü il təvəllüdlü Masallı rayon sakini Siruddinli Fuad Nurəddin oğlu tüstüdən zəhərlənib. O, Toksikologiya Mərkəzinə aparılıb, ilkin yardım göstərildikdən sonra evə buraxılıb.