Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda mənzildə 1956-cı il təvəllüdlü Öner Resul bağlı qapı arxasında qalıb
Aktual.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.
R.Önerin cəsədi aidiyyəti üzrə təhvil verilib.