Bakıda fərdi yaşayış evindən 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Aktual.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivində yaşayan 1975-ci il təvəllüdlü İsmayılova Kəmaləyə məxsus evdən oğurluq edilib.
Naməlum şəxslər evin qapısını sındırmaq yolu ilə içəri daxil olublar və oradan 5 000 manat dəyərində olan qızıl-zinət əşyalarını aparıblar.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 333 dəfə oxunub.