Bakıda evdə yanğın olub, bir nəfər yanaraq ölüb

Bakıda evdə yanğın olub, bir nəfər yanaraq ölüb

Xəzər rayonunda baş verən yanğın nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 100 m² olan 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 43 m² sahədə və bitişik talvar 15 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti aşkar edilib.
Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

*** 
Xəzər rayonunun Mərdəkan qəsəbəsində yanğın olub.

"Report"un məlumatına görə, yanğın 9 saylı Vərəm xəstəxanasının yanındakı balaca həyət evində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, ev sahibi içki aludəçisi olub.
Yanğının səbəbləri araşdırılır. 
Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR