Bakıda evdə odun sobası partlayıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında baş verib.
Həmin ərazidə yaşayan, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb.
Nəticədə odun sobası partlayıb.
N.Əliyeva, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
M.Əliyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.