Bakıda ər arvadını öldürmək istədi - Yeniləndi

Bakıda ər arvadını öldürmək istədi -   Yeniləndi

Bakıda kütləvi dava baş verib.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunun Mikayıl Əliyev küçəsində, "Meridian" şadlıq sarayının qarşısında qeydə alınıb.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. 

 
***
 

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıda baş verən dava ilə bağlı məlumat yayıb.

Aktual.az-a daxil olan məlumata görə, iyulun 23-də saat 15 radələrində paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən “Meridian” şadlıq sarayının yaxınlığında  Quliyev Sənan Əli oğlu ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla arvadı Hüseynova Vüsalə Vüqar qızını qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı xəsarətlər yetirmiş, sonuncu aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilmişdir. 

Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin edilmiş və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam ödürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, həmin cinayətin törədilməsində şübhəli bilinən S.Quliyev tutularaq istintaqa cəlb edilmişdir.  

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər 873 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR