Bakıda ər arvadını döyərək qabırğasını sındırıb.
Aktual.az report.az-a istinadən bildirir ki, hadisə ötən gün baş verib.
Sultanməcid Əfəndiyev küçəsində 43 yaşlı Əzizova Şəfiqə Yaqub qızı həyat yoldaşı ilə mübahisə edib. Nəticədə əri onu döyüb.
Yaralı qapalı kəllə-beyin travması və qabırğa sümüklərinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.
Xəbər 506 dəfə oxunub.