Bakıda ən bahalı maşınlar — SİYAHI

Bakıda ən bahalı maşınlar   — SİYAHI

Azərbaycanın avtomobil bazarında ən bahalı maşın dəyişməz olaraq qalır.

Aktual.az xəbər verir ki, axar.az-ın hazırladığı siyahıda “Lamborcini” hələ də liderliyi əldən verməyib. Bu maşının qiyməti fantastik məbləğə - 1,5 milyon dollaradır.

Ölkəmizə gətirilən “Ferrari”lər 2013 modeldir və hər birinin qiyməti minimum 450 min avrodur. Bəzilərininki isə daha bahadır - 600 min avronu keçir. “Mersedes S 65 AMG” markalı avtomobili 411 min dollar ödəməklə əldə etmək mümkündür. “Mersedes GL 63 AMG” də geri qalmır, nə az, nə çox - 380 min dollara təklif olunur. “Bentli Mulsani” nisbətən daha ucuzdur, 375 min dollarla bu brend markanın sükanı arxasına keçmək olar. “Rolls-Roys Fantom”u isə 325 min dollardan başlayır.

“Kadillas Esklad” və “Mersedes S 500” markalı maşınların qiyməti oxşardır – 285 min dollar.

Satışa çıxarılan “Mersedes-Maybək S-Klass 500” markalı avtomobil sürmək istəyənlər 315.500 dollarından keçməlidir.

Bahalı maşınlar sırasında “Lənd Rover - Rənc Rover” maşınları da yer alır. Bu model 280 min dollardan ucuz deyil.

Xəbər 946 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR