Bakıda Türkiyə vətəndaşını döyən şəxslər tutulublar.
Aktual.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, mayın 9-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Nail Əliyev və Pərviz Dadaşov xuliqanlıq zəminində Türkiyə vətəndaşı Zafer Türkəlini döyüblər.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əliyev və P.Dadaşov tutulublar, faktla bağlı araşdırma aparılır.