Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Belçika vətəndaşları Maput Martial və Hongla Samuelin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, həmin şəxslər bu il aprelin 3-də tutublar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar.