FHN məlumat yaydı.
Bu gün Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.
Aktual.az-ın nazirliyin saytına istinadən xəbər verir ki, dərhal müvafiq qurumlar hadisə yerinə cəlb olunub və döyüş tətbiqinə yararlı olan 1 (bir) ədəd 50 millimetrlik minaatan mərmisi mütəxəssislər tərəfindən götürülüb.
Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar edilməyib.