Bakının Suraxanı rayonu ərazisində iki dost arasında mübahisə birinin digərini küt alətlə vurması ilə nəticələnib.
Aktual.az report-a istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsinin Nəsirrədin Tusi küçəsində qeydə alınıb.
1982-ci il təvəllüdlü Həşimzadə Azər Əhmədağa oğlunun müxtəlif nahiyələrinə dostu tərəfindən vintaçan vasitəsi ilə kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. O, çoxlu qan itirdiyinə görə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Aktual.az
Xəbər 216 dəfə oxunub.