Son günlər manatın ucuzlaşması və banklarda dollar satışının dayanması artıq ajiotaj yaradıb.
Aktual.az qaynarinfo.az-a istinadən xəbər verir ki, “Azər-Türk” bankın baş ofisinin qarşısında artıq günbəgün manatı dollara dəyişən insanların sayı artır. “Azər-Türk” bankın bugünkü dollar məzənnəsi alış üçün
1.690, satış üçün isə 170.16 AZN-dir. Bankın qarşısında toplaşan insanlarla sohbət zamanı məlum oldu ki, bank 200 dollaradək limit qoyub və hər gün gəlib 200 dollar alan insanlar var.
Onu da əlavə edək ki, sentyabr ayının 1-də 10 bank dollar satışı həyata keçirib. Banklar üzrə maksimum satış limiti 200 dollar təşkil edir. Digər banklar isə (23 bank) dollar satışını dayandırıb. Bu səbəbdən artıq “qara bazar”a tələbat artıb. “Qara bazar”da isə artıq dolların satışı 1.76-1.78 civarındadır.
Aktual.az