Bakıda daha bir qətl törədilib.
Aktual.az APA-ya istinadən bildirir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, qətlə yetirilən Taxıl Kombinatının direktorudur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıblar.
Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.