Bakıda dəm qazı zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb

Bakıda dəm qazı zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 15, mənzil 33-də qeydə alınıb. Həmin ünvanda yaşayan Liliya Çuprikova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Xəbər 846 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR