Bakıda iki qardaşa qarşı külli miqdarda dələduzluq edilib.
35 yaşlı Xəyal Ələddin oğlu Namazov və qardaşı 37 yaşlı Nürəddin Ələddin oğlu Namazov hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, 2015-ci ilin iyul ayında paytaxt sakini 1987-ci il təvəllüdlü Namiq Bəhlul oğlu Yusifov onları aldadaraq 245 min ABŞ dolları və 10 min manat pullarını alıb və geri qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.//Report.az