Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nazim Orucovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə N.Orucov 3 il sınaq müddəti olmaq şərti olaraq azadlıqdan məhrum edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, N.Orucov zərərçəkənə müxtəlif vədlər verərək 15 min manat pulunu alaraq qaytarmayıb.
Xəbər 237 dəfə oxunub.