Bu gün Bakıda intihar hadisəsi baş verib.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Saat 6:50 radələrində Səbail rayonu, Salyan sossesi 12 ünvanında yerləşən “VER” şirkətində mühafizəşi işləyən 1975-ci il təvəllüdlü Heybətov Namiq Arif oğlu özünü asaraq intihar edib.
Xətai rayon sakini olan 41 yaşlı N.Heybətov işlədiyi şirkətin həyətində olan kranın qarmağından özünü asıb.
Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.