Bakıda 18 yaşlı qız atalığı tərəfindən zorlanıb.
Bu haqda zərərçəkmiş qızın özü polisə məlumat verib.
Aktual.az musavat.com-a istinadən xəbər verir ki, məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib.
Rayonun S.Əhmədov küçəsində yaşayan 1997-ci il təvəllüdlü Nahidə Quliyeva (ad şərtidir) polisə müraciət edərək, eyni evdə yaşadığı atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib.
O bildirib ki, onunla eyni evdə yaşayan atalığı, 1967-ci il təvəllüdlü Yalçın Quliyev (ad şərtidir) ona qarşı zorakılıqla əxlaqsız hərəkətlər edib.
Şikayətlə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.