Bakıda dayə işlədiyi evdən 13 min manat pul oğurladı

Bakıda dayə işlədiyi evdən 13 min manat pul oğurladı

Bakıda oğurluq hadisəsi baş verib.

"Report”un xəbərinə görə, vətəndaş polisə müraciət edərək bildirib ki, 2019-cu ilin mart ayından bu ilin mart ayınadək evindən 13 min manat pul oğurlanıb.
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Sevda Ayvazova saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, S.Ayvazova həmin evdə dayə işləyib.
Faktla bağlı araşdırmalar aparılır.
Xəbər 220 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR