Bakıda dayanacaqda dollar satışı: "2 manatdan nə qədər istəyirsən təşkil edək" - REPORTAJ

Bakıda dayanacaqda dollar satışı:


Qara bazarın məskəni olan, dəfələrlə Qara bazarla bağlı həmin yerdən reportaj etsək də bitməyən-tükənməyən yerlərdən olan Bakı Dəmiryol Vağzalının qarşısı əvvəlkinə nisbətən bu gün seyrəklik idi. Görülən tədbirlər az da olsa öz təsirini göstərsə də amma heç də problemi kökündən həll etməmişdi. 

Vağzalın dərinliklərinə doğru getdikcə mənzərə açıq aydın şəkildə özünü biruzə verirdi. Sərnişin kimi vağzalın içində hərəkət edən qara kurtkalılar bir müddətlik müşahidədən sonra özlərini göstərdilər. 

Bilet almaq üçün Kassa Zalına daxil olduq. Zalda polis olmasına baxmayaraq qara bazar oraya qədər də ayaq açmışdı. Bilet almaq üçün gələnlərdən dah açox pul almaq üçün gələnlər açıq aydın görünürdü. Elə göz önündəcə gah dolları alır manat verir, gah da manatı alıb dollar verirdi. 

Onların qara bazar ünsürləri olduqlarını dəqiqləşdirənə qədər gözləməli, müşahidə aparmalı oldum. Çünki çiynimdə olan çantadan, əlimdə olan fotoaparatdan açıq-aydın şəkildə jurnalist olduğum bilinirdi. Hər an onları qaçırda bilərdim təhlükəli hərəkətimlə. Kənara çəkilib pəncərənin kənarında oturdum. 

Bəlkə də məkirli düşünürdüm onlar qara bazar adamları deyildilər, bəlkə də qohum idilər bir-birlərinə dollar, manat verirdilər. Ona görə də səbr edib gözlədim. Amma gördüyüm mənzərə heç də məkirli olmadığımı, düşündüklərimdə haqlı olduğumu göstərdi. 

Mənim kimi auraya düşənlər bir-bir zala daxil olur,  bir polisə, bir də kənara diqqətlə baxıb onları müəyyənləşdirir. Sonra isə asta-asta onlara yan alıb valyuta dəyişirdilər. 

Polis də mənim kimi kənardan dayanıb mənzərəni seyr edirdi. Asta-asta əlimdəki fotokameranı söküb çantama yerləşdirdim. Sonra yenə çantamı çiynimə asıb mən də onlardan birinə yaxınlaşdım. 

-Salam. Mənə dollar lazım idi. Elə bayaqdan utanıram sizə yaxınlaşam. Mən fotoqrafam. Getmək istəyirəm qonşu ölkəyə. Gəzmək üçün amma əlimdə dollar yoxdur. 
-Hə görürəm bayaqdan oturub burda ora-bura baxırsan. 
-Neçəyə verə bilərsiniz dolları, sabah axşama biletim var. 
-2-dən veririk dolları. 
-Mənə 300 dollar lazımdır, mən sabah sizə 600 manat gətirərəm, getməzdən öncə dəyişərik. Olarmı? 
-Hə, əlbəttə olar. Nə vaxt istəsən burdayam. 

Artıq mənə lazım olan cavabı almışdım. Mənə dollar ehtiyac deyildi onsuz da. Qara bazar ünsürünü isbatladıq. İndi isə sıra dəmiryol vağzalının qatara minik hissəsində sərnişin kimi dolaşan ünsürlərdə idi. 

Sağollaşıb bayıra, onların yanına yollandım. 

Qatar gözləmək üçün yaradılmış dayanacaqda oturdum. Çox keçmədi ki, ətrafımda xeyli adam toplaşdı. Bilirdim onların da "şifrəli” sərnişinlərdən olduqlarını. Sadəcə özlərini biruzə verməklərini gözləyirdim. Elə belə də oldu. Yanımdakı oturacaqda biri əyləşdi. Havadan – sudan danışmağa başlasaq da ikimiz də bunun məqsədyönlü olduğunu bilirdik. Söhbəti özümə sərf edən istiqamətdə dəyişib az öncəki ssenarini davam etdirdim. Sabah qonşu ölkəyə getməliyəm, banklarda dollar tapa bilmirəm. 
Elə belə demişdim ki, 45-50 yaşlarında olan seyrəksaçlı dayını dilə gətirə bildim. 

-Nə qədər lazımdıır?  
-Təxminən 300 dollar lazımdır. 
-Sabah saat neçədə çıxacaqsan ?
-Axşamadır biletim, nə üçün soruşdunuz ki? 
-Nə qədər istiyirsən mən sənin üçün təşkil edə bilrəm. 
-Adə sənə nə var, sənə pul lazım deyil? 
-Aha, bəs neçədən olacaq? 
-2-dəndi də qardaşoğlu. 2-dən ucuz gör burda satan tapsan mən bir də bura ayaq qoymaram. 
-Hə heç nə, sabah gələcəm, elə bax bu dayanacaqda oturacam. Burda həll edərik. 
-Danışdıq. Adın nə oldu qardaşoğlu? 

Uzun sözün qısası bir az da söhbətləşib redaksiyaya qayıtdım. Görünən o idi ki, görülən tədbirlər ancaq Dəmiryol vağzalının qarşısındakılara təsir etsə də vağzalın içində hər şey əvvəlki kimi idi... //Cebhe.info

 
Aktual.az
Xəbər 3279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR