Bakıda intihar cəhdinin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər kərpicdən tikilmiş 20 metrlik qülləyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.
Xəbər 509 dəfə oxunub.