Bakıda intihar hadisəsi baş verib.
Aktual.az bildirir ki, Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dünən Hüseyn Cavid prospektində qeydə alınıb. Həmin ünvanda yaşayan Nina Aleksandrovna Muradova yaşadığı binanın beşinci mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.