İcra hakimiyyəti məlumat yaydı.
Bakıda Novruz bayramı ilə əlaqədar daha bir atəşfəşanlıq olacaq.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatından bildiriblər.
Məlumata görə, martın 19-da Novruz bayramı münasibətilə Milli Parkda saat 22:00-da möhtəşəm atəşfəşanlıq olacaqdır.
Qeyd edək ki, Novruz bayramı ərəfəsində daha bir atəşfəşanlıq isə martın 15-də saat 19:00-da Heydər Əliyev Sarayının arxasında Azərbaycan Dövlət Milli Dram Teatrının qarşısındakı ərazidə yeni salınmış Şəhər Mərkəzi Parkında baş tutacaq.