Bakıda daha 6 avtobus marşrutunda ödənişlər kartla olacaq

Bakıda daha 6 avtobus marşrutunda ödənişlər kartla olacaq

Bu gündən etibarən Bakıda sərnişindaşıma ilə məşğul olan daha 6 marşrut xətti üzrə hərəkət edən avtobuslarda ödənişlər kart vasitəsilə həyata keçiriləcək.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlər qarşısında vahid kart sisteminə keçidin tətbiqinə dair qoyduğu tələbə uyğun olaraq, xəbər verdiyimiz kimi, artıq bu gündən etibarən daha 6 marşrut xətti üzrə (18, 61, 65, 79, 85, 96) hərəkət edən avtobuslarda ödəmə kart vasitəsilə həyata keçiriləcək. İlk mərhələdə 6 marşrut xətti üzrə 117 avtobusda validatorların quraşdırılması təmin edilib.

Şöbə müdiri qeyd edib ki, ümumilikdə yaxın zamanlarda daha 400 avtobus üçün validatorların quraşdırılması nəzərdə tutulub.

Xatırladaq ki, vahid kart sisteminin tətbiq edildiyi 15 marşrut xəttində və Bakı Metropolitenində gediş haqqının ödənilməsi "BakıKart" sistemi ilə həyata keçirilir.

Xəbər 673 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR